Saytımızı qiymətləndirin


 
 

“Kimyəvi bomba effekti yaradacaq”- Kaxovka SES-lə bağlı həyəcan siqnalı...
Tarix: 06-06-2023 | Saat: 14:28
Bölmə:Karusel / Region | çapa göndər

Su elektrik stansiyasındakı fəlakətdən sonra Kaxovka su anbarının tam enməsi tərkibində təhlükəli maddələr olan çöküntüləri üzə çıxaracaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ekoloq, Moskva Dövlət Universitetinin dosenti Aleksey Medvedkov bildirib.

Onun sözlərinə görə, çay lilində 70 ilə yaxındır çirkab sularla gələn ağır metallar, neft məhsulları, pestisidlər, radionuklidlər var.

“Ən pisi odur ki, su anbarı tamamilə boşalsa, zəhərli çöküntülər üzə çıxacaq və onlar tozlanacaq. Bu isə əsl kimyəvi bombadır”, – mütəxəssis qeyd edib.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər