Tarix: 29-02-2024 | Saat: 13:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son günlər sosial şəbəkələrdə bəzi sürücülərin gecə saatlarında velisoped zolaqları üzrə hərəkət etməsi, həmin zolaqların üzərində avtomobil saxlaması barədə görüntülər yayılıb.
Bəzi sürücülər gecə saatlarında velosiped zolaqları üzrə hərəkət etmək hüquqlarının olduğunu düşünür və buna görə məsuliyyət nəzərdə tutulmadığını iddia edirlər.
Bəs həqiqətən gecə saatlarında velosiped zolağında maşın saxlayan, zolaq üzrə hərəkət edən sürücülərə cəza tətbiq olunurmu?
Qarabaqinfo.az məsələ ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, məsələ İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tənzimlənir:
"Gündüz və ya gecə saatlarında velosiped zolağında avtomobil saxlamağa görə eyni inzibati tədbir görülür. Məsələ avtobus zolağındakı vəziyyətdən fərqlənir. Avtobuslar gecə 12-dən sonra çalışmadığına görə avtomobillərin zolaqdan istifadə olunmasına görə cərimə tətbiq olunmur. Lakin velosiped sürmə ilə bağlı vaxt məhdudiyyəti yoxdur. Şəxs 12-dən sonra da velosiped sürə bilər. Beləliklə velosiped zolağında avtomobil saxlamağa görə sürücü 20 manat məbləğində cəzalandırılır".
Digər xəbərlər