Saytımızı qiymətləndirin


 
 

Şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik TƏKLİF EDİLİR
Tarix: 29-02-2024 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik TƏKLİF EDİLİR

Şəxsiyyət vəsiqəsi ilə bağlı qanuna dəyişiklik edilməsi təklif edilir. 

 

Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

 

Məruzədə doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyən və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların bu sahədə hüquqlarının təmini məqsədilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2.2-ci maddəsinin yeni redaksiyada (vətəndaşın doğum haqqında şəhadətnaməsi (16 yaşına çatmış şəxsin doğum haqqında şəhadətnaməsi olmadıqda şəhadətnamədə qeyd olunan məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanından alınır)) verilməsi təklif edilir. 

 

Eyni zamanda yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsindən sonra yaranan riskli hallar nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55s nömrəli Sərəncamına əlavə və dəyişikliklərin edilməsi və nəticədə vətəndaşların qeydiyyat probleminin həll olunması təklif edilir.



Xəbəri paylaş

140 dəfə oxunub.

Digər xəbərlər
5-06-2023, 20:52 Paşinyan Rusiyaya gedir