Saytımızı qiymətləndirin


 
 

BMT Baş katibi İrana və Pakistana çağırış edib
Tarix: 19-01-2024 | Saat: 17:10
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT Baş katibi Antonio Quterreş İran və Pakistanı təmkinli olmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dyüjarrik bildirib.

Quterreş deyib ki, iki ölkə arasında bütün təhlükəsizlik məsələləri suverenlik, ərazi bütövlüyü və mehriban qonşuluq kimi əsas prinsiplərə hörmət əsasında, həmçinin sülh, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir.

Separatçı qruplar İranın şərqindəki Sistan və Bəlucistan əyalətlərində və Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində müstəqil dövlət yaratmağa can atan İran və Pakistanın sərhəd bölgələrində fəallıq göstərirlər.

Pakistan yanvarın 18-də İranın raket hücumuna cavab olaraq İrandakı hədəflərə raket və dronlarla zərbələr endirib. Pakistan həmçinin bəyan edib ki, İran ərazisinə vurduğu zərbənin hədəfi bu qruplaşmanın ekstremistləri olub.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər