Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Putinlə danışıqların nəticələrini G20 liderlərinə təqdim edəcək
Tarix: 08-09-2023 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Ərdoğan Putinlə danışıqların nəticələrini G20 liderlərinə təqdim edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20-nin 18-ci sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşüş nəticələrini Qərb liderlərinə təqdim edəcək.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyədi diplomatik mənbə bildirib.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. İki ölkə liderləri “taxıl müqaviləsi” ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.

“Zirvə çərçivəsində Ərdoğan həmçinin G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq, əsas diqqət Türkiyə və BMT-nin Qara dəniz vasitəsilə taxıl ixracını bərpa etməyə yönələcək”, - mənbə bildirib.

Taxıl sazişi iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, onun ölkəsi ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib. O, Qərb ölkələrinin öz vədlərini yerinə yetirmək niyyətində olmadığını deyib.

 


Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər