Saytımızı qiymətləndirin


 
 

Məişət zorakılığının qarşısının alınması üçün monitorinq və əlaqələndirmə qrupları yaradılacaq
Tarix: 23-02-2024 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Milli Meclis

Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi həyata keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər