İran Türkiyə tərəfinə heç bir xəbərdarlıq etmədən Kapıköy sərhəd-keçid məntəqəsini birtərəfli qaydada bağlayıb.
Qarabaginfo.az xəbər verir ki, rəsmi Tehran sərhədin bağlanmasına səbəb kimi koronavirus infeksiyasına yoluxanların sayının artmasını göstərib.
Qeyd edək ki, Türkiyə və İran sentyabrın 16-dan etibarən sərhədlərini qarşılıqlı şəkildə açmışdı. Keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün idi.(Manset.az)