Saytımızı qiymətləndirin


 
 

Gürcü politoloqlar: Azərbaycanın antiterror tədbirlərindən sonra nəhayət, Qafqaza sülh gəlir - RƏY
Tarix: 22-09-2023 | Saat: 15:00
Bölmə:Karusel / Region | çapa göndər

Gürcü politoloqlar: Azərbaycanın antiterror tədbirlərindən sonra nəhayət, Qafqaza sülh gəlir - RƏY

Qarabağda həyata keçirilmiş bir günlük antiterror tədbirlərinin nəticəsi Azərbaycan xalqının və rəhbərliyinin nəhəng uğurudur.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-nın Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq, siyasi və tarix elmləri doktoru, Gürcüstan Texniki Universitetinin professoru Vaja Şubitidze deyib.

O qeyd edib ki, Azərbaycanın Qarabağ münaqişəsində qazandığı qələbə Gürcüstanın da öz ərazi bütövlüyünə nail olacağına ümid verir:

“Bu Azərbaycan xalqının, Azərbaycan rəhbərliyinin nəhəng uğurudur. Cənab İlham Əliyev öz xalqını qələbəyə apardı. Bu böyük səbir tələb edirdi. Çox qanlar töküldü, lakin Azərbaycan xalqı öz ərazi bütövlüyünə nail oldu. Bu biz gürcüləri də çox sevindirir, çünki bizim də ərazi bütövlüyümüzü bərpa edəcəyimizə ümid verir. Bu baxımdan qardaş Azərbaycan xalqını səmimi şəkildə təbrik edirik. Nəhayət, Qafqaza sülh və azadlıq gəlir. Bu sülh gürcülərin, azərbaycanlıların və ermənilərin inkişafına xidmət edəcək. Mən əminəm ki, tezliklə erməni xalqı başa düşəcək ki, bu məğlubiyyət Ermənistanın özünün də firavanlığına xidmət edir. Çünki onlar Qarabağın əsirinə çevrilmişdilər. Ölkənin bütün gəlirləri, bütün vəsaitləri müharibəyə xərclənirdi, çox insan itirdilər. Onlar anlamalı idilər ki, 21-ci əsrdə heç kim başqasının ərazisini güc yolu ilə ala bilməz, xüsusilə də o səndən güclüdürsə”.

Gürcüstanın Yeni Xristian Demokratlar partiyasının idarə heyətinin üzvü Levan Çxeidze isə bildirib ki, antiterror tədbirləri münaqişənin final mərhələsi olub və onun nəticələri regionun inkişafı üçün yeni fürsətlərə qapı açıb.

“Mən Azərbaycan xalqını, Azərbaycan dövlətini və hökumətini antiterror əməliyyatının uğurla tamamlanması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu, minlərlə günahsız insanın həyatına son qoymuş 35 illik münaqişənin final mərhələsi idi və bununla da münaqişə tam başa çatacaq. Azərbaycan Prezidenti İlham Əliyev doğru vurğuladı ki, bölgəni münaqişələr və qarşıdurmalar deyil, əməkdaşlıq və firavanlıq regionuna çevirmək lazımdır. Bu münaqişənin başa çatması region üçün Zəngəzur dəhlizi layihəsinin, həmçinin yerdə qalan digər layihələrin həyata keçirilməsi üçün fürsətlər ortaya çıxarır. Bu, eyni zamanda, Ermənistan üçün də kifayət qədər müsbət dəyişikliklər gətirəcək. Artıq regionda çoxdandır gözlənilən sülh və firavanlıq mümkün olacaq”, - Çxeidze vurğulayıb.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər