Saytımızı qiymətləndirin


 
 

Prezident daha iki sərəncam imzaladı
Tarix: 22-02-2024 | Saat: 16:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Sərəncamda bildirilib ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.

***

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib.

Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri Gülşən Axundova əlavə edilib.

 



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər