Saytımızı qiymətləndirin


 
 

Musa Qurbanlının İsveçdə oynaması üçün maneə aradan qalxdı
Tarix: 19-07-2023 | Saat: 10:05
Bölmə:Karusel | çapa göndər

Musa Qurbanlının İsveçdə oynaması üçün maneə aradan qalxdı

 


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlıya İsveçdə işçi vizası verilib. 

Qarabaginfo.az xəbər verir ki, bununla da futbolçunun yeni klubu “Yurqorden”də oynaması üçün yaranan hüquqi maneə tamamilə aradan qalxıb. 

Stokholm təmsilçisinin idman meneceri Bosse Anderson İsveç mətbuatına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, İsveç Miqrasiya İdarəsi 21 yaşlı futbolçuya işçi vizası verib. Klub rəsmisi bildirib ki, Musa bu həftənin şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

Xatırladaq ki, M.Qurbanlının adı ötən həftə "Malmö" ilə çempionat matçına sifariş olunsa da, onun işçi vizası olmadığından görüşdə iştirak edə bilməmişdi.

Əlavə edək ki, "Qarabağ"dan ayrılan M.Qurbanlı bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. 



Xəbəri paylaş

76 dəfə oxunub.

Digər xəbərlər
7-12-2018, 10:18 Cəbhədə atışma olub