Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynada daha 790 hərbçisini itirdi
Tarix: 12-02-2024 | Saat: 12:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Ukraynada daha 790 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib.

 

Qarabaqinfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 395 990 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 21 zirehli döyüş maşını, 6 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər