Saytımızı qiymətləndirin


 
 

Lavrov və Blinken Fələstin-İsrail qarşıdurmasını müzakirə edəcək
Tarix: 18-05-2021 | Saat: 14:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

#

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Reykyavikdə keçiriləcək görüşdə Fələstin-İsrail qarşıdurmasını və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) tam həyata keçirilməsini müzakirə edəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədəRusiya xarici işlər nazirinin müavini Sergey RyabkovRBK-ya müsahibəsində deyib.

“Bu, nazir və dövlət katibi arasında ilk üz-üzə görüş olacaq. Danışıqların gündəliyinə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlər daxildir. Son zamanlar ikitərəfli əlaqələrdə eniş var.Müzakirə ediləcək beynəlxalq mövzulara gəlincə isə, bura Fələstin-İsrail münaqişəsi ətrafında və bütövlükdə Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı ətrafında tənzimləməyə dair danışıqların irəliləməsi, tərəflərinHərtərəfli Birgə Fəaliyyət Planına dönməsivə Planın tam miqyaslı tətbiqi daxildir. Arktik Şurasına sədrliyin Rusiyaya keçdiyini nəzərə alsaq, təbii ki, Arktika barəsindədə fikir mübadiləsi aparılacaq”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

Qeyd edək ki, mayın 20-21-də Reykyavikdə Arktik Şurasının XİN başçılarının iclası keçiriləcək. Bundan əvvəl E. Blinkenlə S. Lavrov arasında telefon danışığı olub. Rusiya XİN-in məlumatına görə, söhbət əsnasında iki ölkənin top diplomatları bu iclas xaricində ikitərəfli münasibətlərivə beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etməküçün ayrıca görüş keçirmək barədə razılığa gəliblər. (APA)

 



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər