Avropa İttifaqı (Aİ) gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündən sonra bildirib.
“Sülh və sabitliyi təşviq etmək üçün gələn həftə Ermənistana 100 nəfərdən ibarət missiya göndəriləcək”, – Komissiya rəhbəri qeyd edib.
Missiyanın yaradılması barədə qərar yanvarın sonunda Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənib və mandatın 2 il davam edəcəyi gözlənilir. Məqsəd sərhədyanı ərazilərdə etimadın yaradılması ilə sabitliyin təmin edilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır.
Aİ-nin Ermənistandakı ilk missiyasının iki aylıq mandatı 2022-ci ilin dekabrında başa çatıb. Bu missiyaya 40 nəfər daxil idi. Yeni missiyaya isə təxminən 200 nəfərin daxil edilməsi planlaşdırılır. Ermənistan-Azərbaycan sərhədində keçirilən əvvəlki yoxlamadan fərqli olaraq, bu dəfə Ermənistanın hər yerində patrul xidməti həyata keçiriləcək.(Azpost.info)