Saytımızı qiymətləndirin


 
 

Niyazi Bayramov Orxan Əsgərovun il mərasimində iştirak etdi - Fotolar
Tarix: 30-01-2024 | Saat: 16:27
Bölmə:Karusel / Sosial | çapa göndər

niyazi-bayramov-orxan-esgerovun-il-merasiminde-istirak-etdi

Bu gün İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun Gəncə şəhərində il mərasimi təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 

Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.Terrorçu səfirliyin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.


 



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər