Saytımızı qiymətləndirin


 
 

“Elektrik şəbəkəsinə dair Qaydalar” təsdiqlənib
Tarix: 05-07-2024 | Saat: 12:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Müasir izolyasiyalı və mühafizəli kabel xətti ölkəmizdə ilk dəfə olaraq Suqovuşanda tətbiq edilib

“Elektrik şəbəkəsinə dair Qaydalar” təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. 

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron

poçt vasitəsilə həyata keçiriləcək.

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarının 1-ci, 2-ci və 5-ci hissələri ləğv edilib.

Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər