Saytımızı qiymətləndirin


 
 

Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: TikTok-un qurbanıdır!
Tarix: 30-01-2024 | Saat: 15:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: TikTok-un qurbanıdır!

 

Sosial şəbəkələrdə "Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn və TikTok üçün videolar çəkən yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

 

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

 

Bu arada yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

 

Qarabaginfo.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin TikTok-un qurbanı olduğunu qeyd edib:

 

“Neçə gündür rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, TikTok-un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz!!! Allahdan qorxun!”, - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər