Tarix: 29-11-2021 | Saat: 11:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1103 şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 1103-dür.
Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1103 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb:
"Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur."
Digər xəbərlər