Ana Sayfa > Karusel / Cəmiyyət > Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: TikTok-un qurbanıdır!
Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: TikTok-un qurbanıdır!30-01-2024, 15:45. Yazar: Admin |
Sosial şəbəkələrdə "Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn və TikTok üçün videolar çəkən yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.
Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.
Bu arada yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.
Qarabaginfo.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin TikTok-un qurbanı olduğunu qeyd edib:
“Neçə gündür rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, TikTok-un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz!!! Allahdan qorxun!”, - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib. Geri dön |