Tarix: 25-01-2024 | Saat: 12:03
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi (DİM) ötən il 40 növdə imtahan keçirib, bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib. Elektron xidmətlərimizdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub
Qarabaqifo.az xəbər verir ki, bu barədə mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə bildirib.
Sədr bildirib ki, DİM-in keçirdiyi imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir: "Mərkəz ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirir. Layihəyə maraq yüksəkdir. Bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3 200-ə yaxın namizəd müraciət edib".
O qeyd edib ki, hər bir imtahanın keyfiyyəti ona nəzarət edən şəxslərin gördüyü işdən asılıdır. Məleyhə Abbaszadə detib ki, Mərkəzin bazasında 15 minə yaxın zal nəzarətçisi var: "Ümumilikdə isə 62 693 nəfər imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı sistemdə qeydiyyatdadır. Bundan başqa, 4 004 ekspert, marker və tərçüməçi var".
M.Abbaszadə bildirib ki, magistr səviyyəsi üzrə nəzarətçilərin göstərici 9 %-dir: "İstərdim ki, gələcəkdə bu say daha da artsın. A sertifikatlı müəllimlərin sayı 1 %, B sertifikatlı müəllimlərin sayı isə 16 % təşkil edir".
Digər xəbərlər