Saytımızı qiymətləndirin


 
 

Gəncədə məktəblini qətlə yetirən şəxs tutuldu
Tarix: 23-01-2024 | Saat: 11:23
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Bu gün Gəncə şəhər 8 saylı orta məktəbdə qətl törədən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən şəxs də məktəblidir. 



Xəbəri paylaş

1177 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 16:36 Nobel prospekti bağlanır