Saytımızı qiymətləndirin


 
 

Deputatlar "BMW"-dən “Lada”ya keçir - 33 avtomobil alındı - FOTOLAR
Tarix: 11-01-2024 | Saat: 14:27
Bölmə:Karusel / Region | çapa göndər

 

Deputatlar "BMW"-dən “Lada”ya keçir - 33 avtomobil alındı - FOTOLAR

Rusiyada deputatlara veriləcək avtomobillərlə bağlı detallar məlum olub. 

Qarabaginfo.az xəbər verir ki, vitse-spikerlər və fraksiya rəhbərləri artıq “Aurus”dan istifadə edəcəklər. İndiyədək onların xidməti avtomobili “Genesis” idi.
Komitə rəhbərləri isə BMW yerinə “Lada Aura”ya minməli olacaqlar. Məlumat üçün bildirək ki, “Aura” “Vesta”nın uzun versiyasıdır və heç bir xüsusi opsiyaya malik deyil.
Əvvəllər “Ford” və “Hyundai” istifadə edən sadə deputatların xidməti avtomobilləri isə “Moskviç” olacaq. 
Duma rəhbərinin hansı avtomobildən istifadə edəcəyi barədə məlumat verilmir. 

Qeyd edək ki, Rusiyada məmurların xidməti avtomobilləri hər zaman müzakirə mövzusu olub. Hətta ən aşağı ranqlı məmurlar da alman avtomobillərində gəzmək istəyiblər və Ukrayna münaqişəsinədək bu istəklərinə əsasən nail olublar. Yeri gəlmişkən, Vladimir Putin özü də əvvəllər “Mercedes” sevgisini gizlətməsə də, indi “Aurus”dan istifadə edir. 
Mühərriki “Porsche”, transmissiyası ZF, tormoz sistemi “Brembo”, elektronikası “Bosch” olan avtomobilin nə dərəcədə rus maşını olduğu barədə isə sosial şəbəkənin rus seqmentində müzakirələr səngimir.(Avtosfer.az )



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər