Saytımızı qiymətləndirin


 
 

“Formula 1”-lə bağlı Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir –SİYAHI
Tarix: 18-04-2023 | Saat: 11:22
Bölmə:Karusel / İdman | çapa göndər

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, dəyişikliyə əsasən:

1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç, ilə təşkil ediləcək;

10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. – Y.Səfərov küç, ilə təşkil ediləcək;

5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küç., – R.Behbudov küç. ilə təşkil ediləcək;

6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;

53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. – Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;

65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., – Ə.Cavad küç., – Azərbaycan pr. ilə təşkil ediləcək;

205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç, – Ş.Bədəlbəyli küç. – D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.

Qeyd olunub ki, 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küç.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər