Tarix: 22-02-2023 | Saat: 13:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Hər gün olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçirlər.
Qarabaqinfo.az xəbər verir ki, bu gün ərzində sülhməramlıların Xankəndidən gələn 30-u yük, 5-i isə minik avtomobili olmaqla 35 avtomobili Laçın istiqamətinə gedib. İki yük avtomobili isə əks tərəfə istiqamət alıb.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.Modern.az
Digər xəbərlər