Saytımızı qiymətləndirin


 
 

Bayden mayda Asiya ölkələrinə səfər edəcək
Tarix: 28-04-2022 | Saat: 04:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden gələn ay Asiya ölkələrinə səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden gələn ay Asiya ölkələrinə səfər edəcək.

Bu barədə ABŞ mətbuatına xəbər verir.

Məlumata görə, səfərlər mayın 20-dən 24-dək davam edəcək. Ağ Ev rəhbəri əvvəlcə Cənubi Koreyaya gedəcək. Bayden daha sonra Yaponyaya yola düşəcək.

"Prezident hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün mayın 20-dən 24-dək (Cənubi-red) Koreya Respublikasına və Yaponiyaya səfər edəcək", - Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Səfər çərçivəsində Bayden adıçəkilən ölkələrin liderləri ilə görüşəcək.

“(Onlar-red) həyati əhəmiyyət kəsb edən təhlükəsizlik əlaqələrimizi dərinləşdirmək, iqtisadi əlaqələri gücləndirmək və praktiki nəticələrə nail olmaq üçün sıx əməkdaşlığımızı genişləndirmək imkanlarını müzakirə edəcəklər”, - o vurğulayıb.

Bundan əlavə, Psaki qeyd edib ki, Tokioda Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqu ölkələrinin dövlət başçılarının görüşü planlaşdırılır.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər