Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu - Külək XƏBƏRDARLIĞI
Tarix: 17-01-2022 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanvarın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə  0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə  0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.


Tibbi-meteoroloji xəbərdarlıq


Yanvarın 18-i gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında  

Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  0-5° şaxta, gündüz  4-9°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.   



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər