Saytımızı qiymətləndirin


 
 

Deputat: “Makronun separatçıları dəstəkləməsi bumeranq kimi özünə qayıdır”
Tarix: 18-03-2022 | Saat: 19:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

“Fransa Prezidentin Emmanuel Makronun Qarabağdakı separatçıları dəstəkləmək cəhdləri siyasi bumeranq kimi Fransanın özünə qayıtmaqdadır”.

Qarabaginfo.az xəbər verir ki, Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini Hikmət Babaoğlu bildirib.

 

H. Babaoğlu deyib ki, hazırda Fransanın ərazisi sayılan Korsika adasında yaşayan əhali Fransadan öz dillərində danışmaq və onu ikinci rəsmi dil kimi istifadə etmək hüququ tələb edirlər. Eyni zamanda yerli özünü idarəetmənin təşkili və idarəetmədə səlahiyyətlərin onlara məxsus olmasını istəyirlər: “Ancaq rəsmi Paris bütün bunlara göz yummaqla öz hüquqlarını tələb edənlərə assimmetrik güc tətbiq edərək onları susdurmağa çalışır. Belə olan halda olduqca məntiqli və haqlı sual yaranır. Əgər Makron ötən əsrin 70-ci illərindən bəri adi insan hüquqlarını tələb edən, bu məqsəd uğrunda dözülməz məşəqqətlərə məruz qalan korsikalılara heç bir hüquq tanımamamqda israrlı olduğu halda nəyə görə Azərbaycanın ərazisində yaşayan separatçı ermənilərə dəstək verirdi? Aydın görünür ki, Makronun mövqeyi məsələ Fransanın ərazi bütövlüyü olduqda fərqli, Azərbaycanın ərazi bütövlüyü olduqda isə tamamilə fərqli olur. Fransanın öz suveren hüquqlarını qoruması beynəlxalq hüququn tələbi, Azərbaycanın eyni hərəkəti etməsi isə beynəlxalq hüququn pozulması olur?! Əlbəttə ki, məsələ hüquq məsələsi deyil, onun manipulyasiya edilməsi, ikili standart siyasətidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini vurğulayıb ki, nə qədər ki, dünyada beynəlxalq hüquq və universal dəyərlərlə bağlı vahid yanaşma olmayacaq, belə problemlər də həmişə ortaya çıxacaq: “Korsikalılar Makronu arzuolunmaz persona elan ediblər. Korsikalılar Qarabağda yaşayan ermənilərdən fərqli olaraq adaya gəlmə deyillər, oranın yerli əhalisidirlər. Adaya gəlmələr isə fransızlardır. Belə olan halda haqlının kim olması da əvvəlcədən bəllidir. Bütün bunlara baxmayaraq, 2014-cü ildən korsikalılar Fransaya qarşı silahlı müqaviməti dayandırdıqlarını, yalnız sivil yolla özlərinin avtonom hüquqlarını tələb etdiklərini bildirsələr də yenə də zorakılığa məruz qalırlar. Qarabağda isə bu gün də erməni terrorçuları silahdan istifadə edərək təxribatlar törədirlər. Ona görə də hər hansı məsələ ilə bağlı Makron fikir bildirərkən heç olmasa bundan sonra iki dəfə fikirləşməlidir. Çünki beynəlxalq hüquq da, təsbit edilmiş ərazi bütövlüyü prinsipi də bütün dövlətlər üçün eyni prinsipdir”.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər