Saytımızı qiymətləndirin


 
 

Nazirlikdən elektron reseptlərə keçidlə bağlı AÇIQLAMA
Tarix: 17-01-2024 | Saat: 16:32
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Nazirlikdən elektron reseptlərə keçidlə bağlı AÇIQLAMA

Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib.

 

Onun sözlərinə görə, eyni zamanda, e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:

 

“Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək”.

 

Kəbutər Mövsümlü bildirib ki, Elektron Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq:

 

“Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq”.



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər