Saytımızı qiymətləndirin


 
 

2025-ci ildə Rusiya ilə NATO arasında müharibə başlanacaq –Alman nəşri məxfi sənədi açıqladı, planda nələr var?
Tarix: 15-01-2024 | Saat: 10:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya Rusiya ilə NATO arasında mümkün hərbi toqquşmaya hazırlaşır. 

Qarabaginfo.az bildirir ki, bu barədə “Bild” qəzeti məxfi sənədlərə istinadən yazır.

Nəşr Bundesverin məxfi sənədinə istinad edərək qeyd edir ki, NATO-nun şərq cinahına “gizli, sonra isə açıq” hücum başlayacağı halda fəaliyyət planı hazırlanır və bundan sonra genişmiqyaslı hərbi əməliyyatlar mümkündür.

Sənəddə Rusiya ilə NATO arasında mümkün “münaqişəyə gedən yol” addım-addım göstərilir. Rusiya və Qərbin ehtimal olunan hərəkətləri aydan-aya təsvir edilir. Kuliminasiya nöqtəsi yüz minlərlə NATO hərbçisinin yerləşdirilməsi və 2025-ci ilin yayında “qaçılmaz müharibə” ilə nəticələnir.

Planda hər şeyin 2024-cü ilin iyulunda, Rusiyanın Ukraynada uğur qazanacağı zaman başlayacağı nəzərdə tutulur. Mətndə deyilir ki, Rusiyanın Baltik ölkələrinə kiberhücumları və “hibrid müharibənin digər formaları” mümkündür. Belarusla irimiqyaslı təlimlər də istisna olunmur.

Nəşr qeyd edir ki, Rusiya Kalininqrada qoşun və orta mənzilli raketlər göndərərsə, oktyabrda vəziyyət daha da pisləşə bilər.

“Bild” yazır ki, mümkün ssenariyə görə, 2024-cü ilin dekabrında Suvalki dəhlizində süni şəkildə təhrik edilmiş “sərhəd münaqişəsi”nin baş verəcək, Rusiyanın Qərbi ölkəyə hücum hazırlamaqda ittiham edəcək.

Bundan əlavə, ssenaridə göstərildiyi kimi, 2025-ci ilin mayında NATO mühafizə tədbirləri ilə bağlı qərar verəcək və 300 min əsgər şərq cinahına köçürüləcək.

Qəzet iddia edir ki, bundan sonra toqquşma istisna oluna bilməz.

Bundan əvvəl Belçika və İsveç də Rusiya ilə potensial münaqişəyə hazırlaşmağa çağırıblar.

Bununla yanaşı, Moskva NATO ilə münaqişə planlarını dəfələrlə rədd edərək qeyd edib ki, Avropanı Rusiya deyil, əksinə təhdid edir.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır