Saytımızı qiymətləndirin


 
 

Neftçalada ağır qəza - 2 nəfər öldü, yaralananlar var
Tarix: 17-01-2024 | Saat: 15:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

Neftçalada ağır qəza - 2 nəfər öldü, yaralananlar var

Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub.

 

Qarabaqinfo.az-ın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü Fərhadov İslam və 1998-ci il təvəllüdlü Yağnəliyev Vahid hadisə yerində ölüblər.

 

İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Bayramov Loğman Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Əliyev Habil Abasağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər