Saytımızı qiymətləndirin


 
 

Pənah Hüseynlə Sərdar Cəlaloğlu seçkidə namizəd olacaq? - Özləri AÇIQLADILAR
Tarix: 26-06-2024 | Saat: 13:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pənah Hüseynlə Sərdar Cəlaloğlu seçkidə namizəd olacaq? - Özləri AÇIQLADILAR

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İndi ictimaiyyət Prezidentin məsələyə reaksiyasını gözləyir. Böyük ehtimalla növbədənkənar parlament seçkiləri sentyabr ayında baş tutacaq.

Azərbaycandakı siyasi partiyalar seçkilərə hazırlaqları sürətləndiriblər. 

Azərbaycan Xalq Partiyası və Azərbaycan Demokrat Partiyası də bu sıradadır. Bəs bu partiyaların sədrləri necə, şəxsən öz namizədliklərini irəli sürəcəklərmi? 


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, seçkilərdə iştirak edəcək:


"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Mən özüm də namizədliyimi irəli sürəcəm. Hələlik nəzərdə tutduğumuz dairələr, iştirakçı sayları müəyyənləşdirilir. Seçki prosesi başlayanda öz qərarlarımızı elan edəcəyik".
 

Pənah Hüseyn hansı dairədən namizədliyinin müzakirə edildiyinə də aydınlıq gətirib:

"68-ci dairəni müzakirə edirik. Yəni oradakı vəziyyəti öyrənirik. Bu, hələ ki niyyətdir".
 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da deyib ki, ADP seçkiyə gedəcək:


"Bu həftənin birinci günü partiyanın İdarə Heyətində növbədənkənar seçki ilə bağlı məsələni müzakirə etdik. Faktiki olaraq parlament seçkilərində partiya olaraq iştirakı məqsədəmüvafiq hesab etdik. Artıq bununla bağlı müvafiq strukturalara tapşırıqlar verilib. Nəzərdə tuturuq ki, seçkilərdə aktiv şəkildə iştirak edək, mümkün qədər çox dairədən namizəd irəli sürək".
 

S.Cəlaloğlu deputatlığa öz namizədliyini irəli sürməyə meyilli olmadığını deyib:
 

"Prespektiv görmədiyimə görə, mənasız çəkişmələrin içərisinə girmək istəmirəm. Hələ ki seçkilərdə iştirak edib-etməmək məsələsində qərarsızam".



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər