Ana Sayfa > Karusel / Gündəm > Pənah Hüseynlə Sərdar Cəlaloğlu seçkidə namizəd olacaq? - Özləri AÇIQLADILAR
Pənah Hüseynlə Sərdar Cəlaloğlu seçkidə namizəd olacaq? - Özləri AÇIQLADILAR26-06-2024, 13:18. Yazar: Admin |
Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib. Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Pənah Hüseyn hansı dairədən namizədliyinin müzakirə edildiyinə də aydınlıq gətirib: "68-ci dairəni müzakirə edirik. Yəni oradakı vəziyyəti öyrənirik. Bu, hələ ki niyyətdir". Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da deyib ki, ADP seçkiyə gedəcək:
S.Cəlaloğlu deputatlığa öz namizədliyini irəli sürməyə meyilli olmadığını deyib: "Prespektiv görmədiyimə görə, mənasız çəkişmələrin içərisinə girmək istəmirəm. Hələ ki seçkilərdə iştirak edib-etməmək məsələsində qərarsızam". Geri dön |