Tarix: 12-01-2024 | Saat: 13:48
Bölmə:Karusel / Region | çapa göndər
"Biz Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bəyanatları görürük və onları həqiqətə uyğun olmayan hesab edirik".
Qarabaginfo.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni siyasətçilərin Rusiya sülhməramlılarının Qarabağda öz öhdəliklərini yerinə yetirməməsi və əhalinin etnik təmizləməyə yol verməsi barədə bəyanatlarını şərh edərkən deyib.
“Qəribədir ki, onlar davam edir: biz Ermənistan Xarici İşlər Nazirliyindəki həmkarlarla çox etibarlı, yaxşı, sıx dialoq qurmuşuq. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini izah etmişik və demişik ki, bunlar yalnız ikitərəfli münasibətlərə yeni problemlər gətirir və əlbəttə ki, heç nəyə töhfə vermir: nə ikitərəfli gündəliyin möhkəmlənməsinə, nə də regional problemlərə. Amma təəssüf ki, görünür, bu orada kiməsə sərfəlidir. Bunun Ermənistanda kiməsə sərfəli olub-olmadığını bilmirəm, xaricdə kiməsə sərfəli olub-olmadığını da söyləmək çətindir. Hesab edirik ki, bunlar məsuliyyətdən yayınmaq üçün faktları saxtalaşdırmaq cəhdləridir. Mən bunu başqa cür qiymətləndirə bilmərəm”, - deyə Zaxarova bildirib.
Digər xəbərlər