Saytımızı qiymətləndirin


 
 

Dövlət Xidməti azad olunmuş ərazilərdə İşğal muzeyinin yaradılacağı yerlə bağlı təkliflər verib
Tarix: 07-01-2022 | Saat: 15:54
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azıx mağarası dünyanın DİQQƏTİNDƏ - Sonxeber.net

"Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb. Həmçinin Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib", - A.Cəfərli əlavə edib.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər