"Ukraynanın “Mossad”ı artıq işləyir: Putinin yaxın çevrəsində mənbələrimiz var..."
Tarix: 14-07-2023 | Saat: 16:01
Bölmə:Karusel / Region | çapa göndər
1218 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2023 | Saat: 16:01
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov bildirib ki, Ukrayna Rusiya rəhbərliyi və ordusu haqda məlumatları diktator Vladimir Putinə yaxın mənbələrdən də alır.
Qarabaginfo.az "UNİAN"a istinadla yaydığı məlumata görə "Reuters"ə müsahibəsində Budanov etiraf edib ki, 2014-cü ildə Ukrayna informasiya müharibəsində Rusiyaya uduzub, indi isə Rusiyanın özü Ukraynaya uduzur.
Məlumata görə, Ukrayna kəşfiyyatı Priqojinin Rusiyadakı üsyanından sonra düşmənin qiymətləndirməsi ilə bağlı bəzi nəticələr çıxarıb. Budanovun özü jurnalistlərə xatırladıb ki, Rusiya Federasiyasının tammiqyaslı işğalının real təhlükəsi barədə ilk olaraq BKİ xəbərdarlıq edib.
"Bizim öz mənbələrimiz var. Belə desək, Putinə ən yaxın ofislərdə . Ona görə də biz adətən nə baş verdiyini bilirik", - deyə Budanov bildirib.
Jurnalistlər ayrıca qeyd ediblər ki, BKİ-nin düşmənləri məhv etmək prinsipi İsrailin "Mossad"-ı ilə müqayisə oluna bilər. Budanov belə bir bənzətməni inkar etməyib.
"Əgər siz öz dövlətinin düşmənlərini məhv edən məşhur"Mossad"-ı (İsrailin xarici kəşfiyyat xidməti ) xatırladırsınızsa, biz də bunu etmişik və edəcəyik. Bİzə heç nə yaratmağa ehtiyac yoxdur, çünki o, artıq mövcuddur”, - BKİ rəhbəri cavab verib.
Materialda bildirilir ki, Budanova qarşı artıq çoxlu uğursuz cəhdlər edilib. Sonuncu halda hücum edənin özü avtomobili partlatmaq istəyərkən partladılıb.
Söhbətin sonunda jurnalistlər rusların Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin qərargahına zərbə endirmək cəhdini xatırladıblar və Budanov bunun ilk dəfə olmadığına aydınlıq gətirib.
"Bu, onların ilk cəhdi deyildi. Amma, gördüyünüz kimi, biz yenə də buradayıq, bu binanın əsas məkanlarındayıq. Siz bayırda olanda insanların gəzdiyini və işlədiyini görə bilərsiniz", - Budanov əlavə edib.
Xəbəri paylaş
Digər xəbərlər
8-03-2023, 15:06
Xilasedicilərimizin sonuncu qrupu Türkiyədən QAYIDIR
7-04-2026, 15:38
“Reuters”: Ukrayna Rusiyanın İrana peyk görüntüləri ilə ABŞ obyektlərini vurmaqda kömək etdiyini aşkarlayıb
26-05-2022, 10:06
Blinken: "ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk görüşünü alqışlayır"
4-10-2021, 11:49
Prezident Ermənistanın raket hücumları nəticəsində Tərtərdə dağılmış evin əvəzinə tikilən yeni evdə yaradılan şəraitlə tanış olub
8-09-2025, 20:08
HP: Nəzərdə tutulmadığı halda xəzinədən daxili borcun azaldılmasına vəsait yönəldilib
10-12-2021, 15:47
Azərbaycan səfiri Türkiyənin energetika naziri ilə görüşüb
24-02-2025, 19:36
Zelenski: Rusiya Ukraynaya 10 ildən sonra yenidən hücum edə bilər
24-03-2022, 10:19
Britaniya MN: Rusiya xarici muzdluları səfərbər etmək niyyətindədir
19-05-2026, 15:54
Dövlət Komitəsində növbəti vətəndaş qəbulu keçirilib

















