Ana Sayfa > Karusel / Region > "Ukraynanın “Mossad”ı artıq işləyir: Putinin yaxın çevrəsində mənbələrimiz var..."
"Ukraynanın “Mossad”ı artıq işləyir: Putinin yaxın çevrəsində mənbələrimiz var..."14-07-2023, 16:01. Yazar: Admin |
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov bildirib ki, Ukrayna Rusiya rəhbərliyi və ordusu haqda məlumatları diktator Vladimir Putinə yaxın mənbələrdən də alır.
Qarabaginfo.az "UNİAN"a istinadla yaydığı məlumata görə "Reuters"ə müsahibəsində Budanov etiraf edib ki, 2014-cü ildə Ukrayna informasiya müharibəsində Rusiyaya uduzub, indi isə Rusiyanın özü Ukraynaya uduzur.
Məlumata görə, Ukrayna kəşfiyyatı Priqojinin Rusiyadakı üsyanından sonra düşmənin qiymətləndirməsi ilə bağlı bəzi nəticələr çıxarıb. Budanovun özü jurnalistlərə xatırladıb ki, Rusiya Federasiyasının tammiqyaslı işğalının real təhlükəsi barədə ilk olaraq BKİ xəbərdarlıq edib.
"Bizim öz mənbələrimiz var. Belə desək, Putinə ən yaxın ofislərdə . Ona görə də biz adətən nə baş verdiyini bilirik", - deyə Budanov bildirib.
Jurnalistlər ayrıca qeyd ediblər ki, BKİ-nin düşmənləri məhv etmək prinsipi İsrailin "Mossad"-ı ilə müqayisə oluna bilər. Budanov belə bir bənzətməni inkar etməyib.
"Əgər siz öz dövlətinin düşmənlərini məhv edən məşhur"Mossad"-ı (İsrailin xarici kəşfiyyat xidməti ) xatırladırsınızsa, biz də bunu etmişik və edəcəyik. Bİzə heç nə yaratmağa ehtiyac yoxdur, çünki o, artıq mövcuddur”, - BKİ rəhbəri cavab verib.
Materialda bildirilir ki, Budanova qarşı artıq çoxlu uğursuz cəhdlər edilib. Sonuncu halda hücum edənin özü avtomobili partlatmaq istəyərkən partladılıb.
Söhbətin sonunda jurnalistlər rusların Kiyevdəki Baş Kəşfiyyat İdarəsinin qərargahına zərbə endirmək cəhdini xatırladıblar və Budanov bunun ilk dəfə olmadığına aydınlıq gətirib.
"Bu, onların ilk cəhdi deyildi. Amma, gördüyünüz kimi, biz yenə də buradayıq, bu binanın əsas məkanlarındayıq. Siz bayırda olanda insanların gəzdiyini və işlədiyini görə bilərsiniz", - Budanov əlavə edib.
Geri dön |