Saytımızı qiymətləndirin


 
 

Qızılcanı yüngül keçirmək üçün ən yaxşı yol peyvənddir
Tarix: 10-01-2024 | Saat: 14:20
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Qızılcanı yüngül keçirmək üçün ən yaxşı yol peyvənddir

“Qızılcaya yoluxan insanlarda yüksək qızdırma, ümumi halsızlıq, üç-dörd gün davam edən intoksikasiya əlamətləri ön planda olur, dördüncü, beşinci, bəzən altıncı gündən sonra səpgi müşahidə olunur. Səpgilər mərhələlərlə boyun-baş nahiyəsinə, daha sonra bütün ətraflara yayılır. Səpgilər üç-dörd gün davam edəndən sonra solmağa başlayır, sonra virusun yoluxuculuq qabiliyyəti də azalmış olur”.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu həkim-pediatr Nigar Mirzəyeva deyib. O xatırladıb ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi də xəbərdarlıq edib. Həkimlər iddia edirlər ki, yoluxuculuq qabiliyyəti yüksək olan bütün xəstəliklərin, o cümlədən qızılcanın qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycanda Milli peyvəndlər təqviminə daxildir

 Həkim-pediatr Telman Aytayev ən böyük problemin peyvəndə qarşı qorxu olduğunu bildirib: “Qorxunun 90 faizdən də çoxu uydurma, heç bir əsası olmayan fərziyyələrdir. Qızılca infeksion xəstəliklər arasında daha təhlükəli və fəsadları olan xəstəlikdir. Bütün tibbi prosedurların yan təsirləri ola bilər, lakin bu ehtimal milyonda bir halda rast gəlinən haldır”.

 

Mütəxəssislərin sözlərinə görə, hətta peyvənd olunanlar da qızılcaya yoluxa bilərlər, lakin onlar xəstəliyi daha yüngül keçirirlər. Qızılca peyvəndi iki dozada vurulur: biri 1 yaşında, digəri 4-6 yaş arasında. Peyvəndin ilk dozasının qoruyuculuğu 95 faizdir. İlk peyvənddən dörd həftə keçəndən sonra ikinci peyvəndi vurmaq olar. Altı aydan əvvəl uşaqlara peyvənd vurulmur. Əgər qızılca kütləvi hal alıbsa altı aydan sonra, yəni 1 yaşı gözləmədən peyvənd vurdurmaq olar.



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər