Tarix: 26-04-2022 | Saat: 13:38
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Azərbaycanda güclü təsir edən maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir.
Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda isə bu əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Digər xəbərlər