Saytımızı qiymətləndirin


 
 

Qarlı havaya görə Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib
Tarix: 27-11-2023 | Saat: 11:09
Bölmə:Karusel / Region | çapa göndər

Qarlı havaya görə Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya paytaxtının Nəqliyyat Departamenti sakinlərə şəxsi avtomobillərindən istifadə etməməklə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində işləyir.

Paytaxtın hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 28 reys təxirə salınıb, daha 26 reys isə təyyarələrin buzlanma əleyhinə mayelərlə yuyulması zərurəti ilə əlaqədar qısa müddətə gecikmə ilə həyata keçirilib.

Sinoptiklərin məlumatına görə, bu gün Moskvada günün sonuna qədər qar yağacaq. Günün ikinci yarısında Moskva Dairəvi Yolunda, Üçüncü Nəqliyyat Dairəsində və regionlar istiqamətində gedən magistrallarda çətinliklər gözlənilir.


Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki,
moskvalıları 40 ildə bir dəfə baş verən güclü qar yağması gözləyir. Onun sözlərinə görə, yaxın 13 saat ərzində Moskvada qar, çovğun və şaxtalı yağış yağacaq. Güclü küləklər, sulu qarın yığılması, buzlu şərait, qar sürüşməsi və görünmənin zəifləməsi də proqnozlaşdırılır.

Bu müddət ərzində 15-25 mm yağıntı düşəcək. Qar yığınlarının hündürlüyü 25 sm və ya daha çox böyüyə bilər. Hazırda paytaxtın müxtəlif ərazilərində 14-16 santimetrdir.

"İndiyədək noyabrın 27-də bütün meteoroloji müşahidələr illərində yağıntının maksimal miqdarı 1977-ci ildə düşmüşdü. Bu, 20 millimetr idi, yəni bu il yağəntının miqdarı rekorda qırıcaq. Bu qar qədər güclü olacaq ki, belə qar hər 40 ildə bir dəfə yağır”, - deyə Vilfand vurğulayıb.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər