Ana Sayfa > Karusel / Region > Qarlı havaya görə Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib
Qarlı havaya görə Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib27-11-2023, 11:09. Yazar: Admin |
Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva yollarında nəqliyyatın hərəkəti çətinləşib. Qarabaginfo.az xəbər verir ki, Rusiya paytaxtının Nəqliyyat Departamenti sakinlərə şəxsi avtomobillərindən istifadə etməməklə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində işləyir. Paytaxtın hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 28 reys təxirə salınıb, daha 26 reys isə təyyarələrin buzlanma əleyhinə mayelərlə yuyulması zərurəti ilə əlaqədar qısa müddətə gecikmə ilə həyata keçirilib. Sinoptiklərin məlumatına görə, bu gün Moskvada günün sonuna qədər qar yağacaq. Günün ikinci yarısında Moskva Dairəvi Yolunda, Üçüncü Nəqliyyat Dairəsində və regionlar istiqamətində gedən magistrallarda çətinliklər gözlənilir.
Bu müddət ərzində 15-25 mm yağıntı düşəcək. Qar yığınlarının hündürlüyü 25 sm və ya daha çox böyüyə bilər. Hazırda paytaxtın müxtəlif ərazilərində 14-16 santimetrdir. "İndiyədək noyabrın 27-də bütün meteoroloji müşahidələr illərində yağıntının maksimal miqdarı 1977-ci ildə düşmüşdü. Bu, 20 millimetr idi, yəni bu il yağəntının miqdarı rekorda qırıcaq. Bu qar qədər güclü olacaq ki, belə qar hər 40 ildə bir dəfə yağır”, - deyə Vilfand vurğulayıb. Geri dön |