Saytımızı qiymətləndirin


 
 

Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir: 2025-ci ilin noyabr ayınadək...
Tarix: 30-12-2023 | Saat: 10:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir: 2025-ci ilin noyabr ayınadək...

Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

 

Qaluzin xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.
 

"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər qalması nəzərdə tutulur", - o əlavə edib.

 

Qaluzin qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və sülhməramlılarla bağlı məsələlər Azərbaycanla birlikdə nəzərdən keçirilir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.

 

"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - nazir müavini vurğulayıb.

 

Rusiya xarici işlər nazirinin müavini iddia edib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” üçün tramplin hesab edir: "Bu, region xalqlarının maraqlarına ziddir".



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər