Saytımızı qiymətləndirin


 
 

Elxan Məmmədov Aslan İsmayılovu məhkəməyə verdi
Tarix: 07-10-2021 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov hüquqşünas Aslan İsmayılovu məhkəməyə verib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə A.İsmayılov məlumat verib.

İlk məhkəmə iclası 11 oktyabr saat 14.30-da Səbail Rayon Məhkəməsində keçiriləcək.

"Elxan Məmmədov 27 sentyabr 2021-ci il tarixdə "AFFA-da yeyintilər var" deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə, Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm. Elxan Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir əmma da var. 27 yaşında, futboldan xəbəri olmayan birisini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə, beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək. Açığı, ilin günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü 3 dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü kiçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram. Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa, nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum təcili Paşa Banka müraciət edib borclu olduğu fəhlə haqqının təcili köçürülməsini xahiş etdi. Bu günə qədər gözə görünməyən Elxan Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı. Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki bu çəkişmə tək AFFA - Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır" - A.İsmayılov qeyd edib.

 



Xəbəri paylaş

295 dəfə oxunub.

Digər xəbərlər