Saytımızı qiymətləndirin


 
 

Ağac kəsdi, 2 min cərimələndi
Tarix: 14-11-2017 | Saat: 15:43
Bölmə:Karusel / Sosial / Problem | çapa göndər

Ağac kəsdi, 2 min cərimələndi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. 

"Qafqazinfo"ya qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, keçirilən reyd zamanı Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib. 

İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb.

 

 



Xəbəri paylaş

738 dəfə oxunub.

Digər xəbərlər
13-03-2023, 15:50 Samir Salam saxlanıldı