Saytımızı qiymətləndirin


 
 

Kreml: Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb
Tarix: 27-12-2023 | Saat: 16:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Kreml: Rusiya ilə Ermənistan arasında sənədlər paketi imzalanacaq

Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlərin hamısının ayaqüstü qısa təmaslar üçün imkanı olub: "Onlar dünən danışıqlar aparmayıblar, lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti həmişə ayaqüstü qısa təmaslar üçün yaxşı fürsətdir. Bu dəfə də belə olub", - deyə Kreml rəsmisi vurğulayıb.

Peskov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən də danışıb: “Bakı ilə İrəvanın sülh müqaviləsini yekunlaşdırmağa doğru irəlilədiyini qeyd edirik. Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini mümkün qədər tez bağlayacaq.
Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir müqavilənin bağlanması həm iki ölkə, həm də bütün regionda sülh və sabitlik üçün faydalı olacaq”, - deyə Putinin sözçüsü qeyd edib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər