Saytımızı qiymətləndirin


 
 

“İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir” - Rəsmi Tehran
Tarix: 06-10-2021 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir”

 

“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.

H.Hademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda  yolun inşasına başlayıb.

“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, - deyə Hamedi qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir. 

“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, - deyə iranlı nazir müavini bildirib.

Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.

Qeyd edək ki, Hayrullah Hademi oktyabrın 4-ü İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.



Xəbəri paylaş

356 dəfə oxunub.

Digər xəbərlər