Saytımızı qiymətləndirin


 
 

Azad edilmiş ərazilərdə qurulacaq ekoloji stansiyaların sayı açıqlandı
Tarix: 30-04-2022 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında məlumat verilib.

 

Bildirilib ki, Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işlərinə başlanılıb.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər
14-04-2022, 12:53 Sabah hava necə olacaq?