Saytımızı qiymətləndirin


 
 

“Sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə hazıram” — Prezidentin köməkçisi
Tarix: 28-08-2019 | Saat: 17:15
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə hazıram”

 

“Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”. 


Qarabaginfo Demokrat.az"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində yazıb.


Əli Həsənov daha sonra  qeyd edib:  “Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. 


Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır (Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır).
 

Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəccüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”.

 

 



Xəbəri paylaş

522 dəfə oxunub.

Digər xəbərlər