Tarix: 27-12-2023 | Saat: 09:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
Növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha səkkiz nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən səkkiz nəfər aşağıdakılardır:
– Sərvan Kərimov
– Mətləb Mütəllimli
– Abutalıb Səmədov
– Fikrət Yusifov
– Yusif Bağırzadə
– Arzuman Abdulkərimov
– Yunus Oğuz
– Qulamhüseyn Əlibəyli.
Qeyd edək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
Digər xəbərlər