Saytımızı qiymətləndirin


 
 

"Rus komandir "Allah qorxaqdır" dedi -Taciklər onu güllələdi..." - Belqorodda nə baş verib?..
Tarix: 17-10-2022 | Saat: 09:46
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynaya döyüşə getməyə etiraz edənlər arasında azərbaycanlılar da olub... Artıq Rusiyada dini və milli zəmində də qarşıdurmaların fitili çəkildi...
Xəbər verilidiyi kimi, oktyabırn 15-də Rusiya Federasiyasının Belqorod vilayətindəki hərbi hissənin ərazisində səfərbərliyə cəlb olunanların da toplandığı poliqonda kütləvi atışma baş verib. Müdafiə Nazirliyi atışma faktını təsdiqləyib və bunu “MDB ölkələrindən birinin vətəndaşları tərəfindən törədilən terror aktı” adlandırıb. Qurumun məlumatına görə, atışma nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Qarabaginfo.az Ukrayna və Rusiya nəşrlərinə istinadla əslində sözügedən hərbi hissədə nə baş verdiyini aydınlaşdırmağa çalışıb.
 
Rusiyanın "ASTRA" nəşrinin jurnalistləri Belqorod vilayətinin Soloti şəhərindəki poliqonda baş verənləri öz gözləri ilə görən və atışma zamanı yaralandığını iddia edən hərbçi ilə söhbət edə bilib. Hazırda hərbçi Valuyki şəhərindəki xəstəxanadadır.  "ASTRA" təhlükəsizliyi üçün onun adını açıqlamır. 
 
“Hər şey onunla başladı ki, dağıstanlı, azərbaycanlı və adıgey milətlərindən olan bəzi əsgərlərimiz “bu, bizim müharibəmiz deyil” deyib və daha xidmət etmək istəmədikləri barədə raport yazmağa cəhd etdilər. Polkovnik-leytenant Andrey Lapin bunu rota komandirinin vasitəsilə öyrənəndə hamını başına topladı “bu, müqəddəs müharibədir” deməyə başladı. Hər şey səhər saatlarında sıra düzülüşü təşkil olunan, himn oxunan meydançada baş verdi. Mənim bölüyümdən də bir neçə nəfər də  daxil olmaqla etirazlar başladı...
 
Taciklər Lapinə cavab olaraq dedilər ki, müqəddəs müharibə müsəlmanların kafirlərlə müharibəsidir. Lapin isə dedi: “Allah and içdiyiniz ölkə uğrunda vuruşmağınıza icazə vermirsə, deməli, qorxaqdır”. Şəxsən mən hesab edirəm ki, ən çox təsir edən bu olub- “Allah acizdir” ifadəsi. Bu ifadə bir çoxlarını şoka saldı. Çünki bizim zabitlər arasında da müsəlmanlar var - həm başqırdlar, həm də tatarlar...
 
Sıra düzülüşündən sonra da ruslar və müsəlmanlar münaqişəni davam etdirdilər. Bundan sonra hamı dağıldı və sanki artıq sakitləşdi. Və bir saat yarımdan sonra, təxminən günorta vaxtı hamımızı birlikdə atış poliqonuna göndərdilər. Gözlənilmədən müqaviləli xidmətdə olan üç tacik döyüş gülləsi ilə dolu avtomatlarını döndərib komandirimiz olan polkovnik-leytenantı güllələdilər. Lapin yerindəcə öldü. Onlar fərq qoymadan atəş açdılar. Poliqonda həm müqaviləli, həm də səfərbər edilən əsgərlər var idi. Yalnız mənim gördüyüm ölülərin sayı  29 idi. 30-cu polkovnik-leytenant Lapindir.  Ruslarla birlikdə öldürülən iki taciki də saysaq, hərbi hissədə cəmi  32 nəfər ölüb. Neçə yaralı olduğunu dəqiq bilmirəm, bəziləri artıq vertolyotla Belqoroda çatdırılıb, bəziləri indi mənimlə birlikdə Valuykidədir.
 
Atışma başlamazdan iki-üç dəqiqə əvvəl biz müsəlmanlara dedilər ki, kənara çəkilin. Yadımdadır, atanların adları belədir: Bikzot - o, baş serjantdır, o birisi Anuşe, üçüncüsü isə kiçik serjant Amidir. Kiçik serjant Ami qaçdı. Amma gizir Semyonov atıcılardan ikisini öldürdü. Semyonov həmin an patron qutularının saxlandığı otaqda idi. Onun öz döyüş tapançası var, o, atışma zamanı olmayıb, nə baş verdiyini eşidibmiş - çıxıb və hər iki taciki güllələdi. Rus gizir Aminin çiynindən vursa da, qaça bilib.  Bizə dedilər ki, o hələ də tutulmayıb...
 
Konkret olaraq,  taciklər (atəş açanlar – red. qeyd) öz inanclarının qızğın tərəfdarları olublar. Onlara vaxtlı-vaxtında namaz qılmağa icazə verilmədiyinə, namaz üçün otaq verilmədiyinə görə daim komandirləri söyürdülər”, - deyə gənc hərbçi bildirib.
 

Xatırladaq ki, oktyabrın 15-də Belqorod vilayətinin Solotı kəndində üç hərbçi poliqonda atışma törədib. Bəzi rus nəşrləri həmin hərbi hissədə 100-dən çox hərbçinin olduğunu bildirib. Onları Ukraynanın Liman şəhərinə hücum etməyə razı salmağa çalışıblar, lakin onlar bundan imtina ediblər...

Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi Belqorod vilayətindəki hərbi hissənin ərazisində atışma faktını təsdiqləyib və bunu “MDB ölkələrindən birinin vətəndaşları tərəfindən törədilən terror aktı” adlandırıb. Qurumun məlumatına görə, atışma nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb...

P.S. Artıq Rusiyada dini və milli zəmində də qarşıdurmaların fitili çəkildi...

m

 

Moderator.az



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər