Tarix: 20-10-2022 | Saat: 23:36
Bölmə:Karusel / Region | çapa göndər
Moskvanın Basmannı rayon məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikova barədə qiyabi həbs qərarı çıxarıb.
Qarabaginfo.az xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən M. Ovsyannikova barəsində həbs qətimkan tədbirinin seçilməsi, Rusiyaya ekstradisiya edildiyi və ya Rusiyada saxlanıldığı andan etibarən 1 ay 29 gün həbs edilməsi barədə müstəntiqin vəsatəti təmin edilib.
Qeyd edək ki, bu ilin avqustunda məhkəmə Ovsyannikovanı silahlı qüvvələri nüfuzdan salan bəyanatlar verməkdə təqsirləndirərək oktyabrın 9-dək ev dustaqlığına məhkum edib. Lakin o, ölkəni tərk edib və bundan sonra Daxili İşlər Nazirliyi Ovsyannikovanı axtarışa verib.(Apa)
Digər xəbərlər