Ana Sayfa > Karusel / Region > Rusiya məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru barədə qiyabi həbs qərarı çıxarıb
Rusiya məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru barədə qiyabi həbs qərarı çıxarıb20-10-2022, 23:36. Yazar: Admin |
Moskvanın Basmannı rayon məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikova barədə qiyabi həbs qərarı çıxarıb. Qarabaginfo.az xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən M. Ovsyannikova barəsində həbs qətimkan tədbirinin seçilməsi, Rusiyaya ekstradisiya edildiyi və ya Rusiyada saxlanıldığı andan etibarən 1 ay 29 gün həbs edilməsi barədə müstəntiqin vəsatəti təmin edilib. Qeyd edək ki, bu ilin avqustunda məhkəmə Ovsyannikovanı silahlı qüvvələri nüfuzdan salan bəyanatlar verməkdə təqsirləndirərək oktyabrın 9-dək ev dustaqlığına məhkum edib. Lakin o, ölkəni tərk edib və bundan sonra Daxili İşlər Nazirliyi Ovsyannikovanı axtarışa verib.(Apa) Geri dön |